Az | EN

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Cəmil Hüseynzadə
13 Yanvar 2026 12:03
68 baxış
Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru  təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və MilliÖn platformalarının sahibi “PashaPay” MMC-də idarəetmə strukturu dəyişdirilib.

Belə ki, elektron pul təşkilatı kollegial idarəetmə formasından imtina edərək təkbaşına idarəetmə modelinə keçib. İndiyədək şirkətin İdarə Heyətinin sədri vəzifəsini Samir Sabir Məmmədov, üzvlərini isə İlya Losev və Pünhan Nərimanov təşkil edirdi. Qəbul edilən yeni qərara əsasən, Pünhan Nərimanov “PashaPay” MMC-nin icraçı direktoru təyin olunub.

Qeyd edək ki, Pünhan Nərimanov hazırda Türk Dövlətləri Fintex Alyansının İdarə Heyətinin üzvü, eyni zamanda “PashaPay” MMC-də baş icraçı direktorun müavini və Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir. O, bundan əvvəl “MilliÖN” brendini təmsil edən Komtec LTD-də baş icraçı direktor vəzifəsini icra edib.

Xatırladaq ki, “PashaPay” MMC 2007-ci ildə təsis edilib və şirkətin 73,87 milyon manat nizamnamə kapitalı mövcuddur.

© copyright 2022 | tech.az | info@tech.az