Qarabağda Ermənistanın “Karabakh Telecom” mobil rabitə şirkətinin qülləsi sökülüb. Sosial mediada yayılan xaç şəkilli qüllə telekoma məxsus rabitə qülləsi idi.
Artıq Qarabağda bütün zəng və internet xidmətləri yalnız Azərbaycanın mobil operatorları vasitəsilə həyata keçiriləcək.
Bu zamana qədər Azərbaycanın Qarabağ regionunda Ermənistana məxsus "Karabakh Telecom" fəaliyyət göstəriridi. Azərbaycan Respublikasının Qarabağ regionun yenidən nəzarətə götürməsi və yenidənqurma işlərinin başlaması ilə bütün texniki məsələlər Azərbaycana məxsus şirkət və resurslar tərəfindən idarə olunmağa başlayıb.