Az | EN

Microsoft Çin əməliyyatlarını dayandırır

Nigar Sultanli
08 Aprel 2025 15:48
94 baxış
Microsoft Çin əməliyyatlarını dayandırır

Microsoft-un ortaq şirkəti olan Wicresoft, ABŞ ilə Çin arasındakı ticarət gərginliyi səbəbindən Çin əməliyyatlarını dayandırıb və 2.000 işçisini işdən çıxarıb. Bu addım, Microsoft-un Çin bazarında Windows və Office məhsulları üçün satış sonrası dəstək xidmətlərinin dayandırılmasına gətirib çıxara bilər.

Microsoft, bir çox xidmətini Wicresoft vasitəsilə təqdim edirdi. ABŞ və Çin arasında artan ticarət müharibəsi və Çinli rəqiblərin, xüsusən də Kingsoft-un bazarda güclənməsi nəticəsində, Microsoft bu qərarı alıb və Wicresoft-u Çin bazarından geri çəkib.

Şirkət, işdən çıxarılan işçilərə göndərdiyi məktubda, jeopolitik dəyişikliklərin və qlobal iş mühitindəki dəyişikliklərin bu qərarın qəbul edilməsində mühüm rol oynadığını vurğulayıb.

Wicresoft, 2002-ci ildə Microsoft-un Çin-dəki ilk ortaq şirkəti olaraq fəaliyyətə başlamışdı. Şirkət, ABŞ, Avropa və Yaponiya da daxil olmaqla, dünya üzrə 10.000-dən çox işçiyə sahibdir. Bu ilin əvvəlində Microsoft, Şanxayda yerləşən və nesnələrin interneti və süni intellekt texnologiyalarını inkişaf etdirməyə yönəlmiş laboratoriyasını da bağlayıb.

© copyright 2022 | tech.az | info@tech.az