Az | EN

"Müharibədə" qalib olanlar 30 000 manat qazanacaqlar!

Cəmil Hüseynzadə
24 Avqust 2023 17:37
1127 baxış
"Müharibədə" qalib olanlar 30 000 manat qazanacaqlar!

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə cari ilin 26-27 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçiriləcək.

Bu müharibədə İT komandaya malik dövlət qurumları, banklar, telekomlar və kritik infrastruktura sahib müəssisələri iştirak edəcəklər. Ölkədə ilk dəfə kiberhücumların simulyasiyası ilə keçiriləcək virtual müharibə yarışıdır. Virtual müharibə yarışında iştirak etmək üçün müəssisələr əməkdaşlarından 3-5 nəfərlik komanda yaradaraq yarışa qoşula bilərlər. Yarış 2 gün həyata keçiriləcək. Birinci gün komandalar onlara təhkim olunacaq informasiya sistemlərinin boşluqlarını aradan qaldıraraq mühafizə sistemini sazlayacaq, ikinci gün isə onlara qarşı təşkil olunacaq kiberhücumların qarşısını necə alacaqları barədə bacarıqlarını nümayiş etdirərək müvafiq ballar toplayacaqlar.

Kibermüharibənin qalib komandasına 30 000 manat təqdim ediləcək. Müharibədə iştirak üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az