Az | EN

"PlayStation 6"nın çıxacağı tarix məlum olub

Bənövşə Kazımova
25 Noyabr 2022 10:23
4683 baxış
"PlayStation 6"nın çıxacağı tarix məlum olub

tech.az ted.az-a istinadən xəbər verir ki, Sony növbəti nəsil konsolu 2027-ci ildən tez təqdim etməyəcək.

 Bu barədə ilkin məlumatı "Eurogamer" portalı yayıb. Belə ki, "PlayStation 6"nın buraxılış vaxtı haqqında məlumat "Sony"nin etiraz etdiyi "Microsoft" və "Activision Blizzard" arasında müqavilənin Böyük Britaniyada davam edən təhqiqatının bir hissəsi olaraq ictimaiyyətə açıqlanan sənəd sayəsində əldə edilib.

"Sony" şirkətindən bildirilib ki, "Microsoft" tərəfindən oyun studiyasının alınması 2027-ci ildə "PlayStation"ın növbəti nəsli buraxılana qədər yaponların məşhur "Call of Duty" franşizasını itirməsinə səbəb ola bilər.

Beləliklə, "Sony" yaxın gələcəkdə "PS6"nın satışa çıxarılması planlarını təsdiqləyib. 2027-ci ilə qədər "PlayStation 5"in istifadə edilmə müddəti yeddi il olacaq. Eyni zamanda, 2013-cü ildə buraxılan PS4 hələ də aktualdır.

© copyright 2022 | tech.az | info@tech.az