Az | EN

"Tesla"nın ilk elektrikli yük avtomobili "Tesla Semi" təqdim edildi

Bənövşə Kazımova
02 Dekabr 2022 15:09
389 baxış
"Tesla"nın ilk elektrikli yük avtomobili "Tesla Semi" təqdim edildi

Dünən Tesla şirkətinin ilk elektrikli yük avtomobili Tesla Semi təqdim edilib. Avtomobilin təqdimatı şirkətin rəsmi saytında edilib.

Təqdimat zamanı şirkətin təsisçisi və rəhbəri İlon Mask iştirak edib. O, şəxsən yük avtomobilinin sükanı arxasında səhnəyə çıxıb. Şirkət tərəfindən verilən açıqlamada bildirilib ki, Tesla Semi bir dəfə enerji yığmaqla təxminən 800 km qət edə bilir. Bundan əlavə, cihazın yükgötürmə qabiliyyəti 37 tona yaxındır.

Açıqlamada həmçinin yük avtomobilinin ultra sürətli enerji şarjetmə texnologiyas ilə təchiz edildiyi qeyd olunub. Avtomobilin pilotsuz idarəetmə sistemi ilə təchiz edilib-edilməyəcəyi və Tesla-nın yaxın gələcəkdə nə qədər belə yük avtomobili istehsal etmək niyyətində olub-olmaması isə hələlik bəlli deyil.

Nəzərinizə çatdıraq ki, artıq dünəndən, yəni dekabrın 1-dən  yük avtomobilinin təhvili prosesinə başlanıb. İlk Tesla yük avtomobilləri Pepsi şirkətinə veriləcək.

© copyright 2022 | tech.az | info@tech.az