“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” (İRİA) publik hüquqi şəxsin İdarə Heyətinə sədr müavini təyin olunub.
İRİA-dan Tech.az Mediaya verilən məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq qərarına əsasən, bu vəzifəyə Rəşad Xalıqov təyin edilib.
O, 1988-ci ildə Bakıda anadan olub, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2007-2013-cü illərdə Fransanın Franş-Komte Universitetində Kompüter mühəndisliyi üzrə bakalavr və magistr dərəcəsində təhsil alıb.
R.Xalıqov Fransada və Azərbaycanda özəl sektorda mühəndis, informasiya texnologiyaları üzrə menecer və direktor kimi bir çox sahələrdə fəaliyyət göstərib.
