Az | EN

Rəşad Xalıqov yeni vəzifəyə təyin olunub

Cəmil Hüseynzadə
20 Fevral 2026 19:19
59 baxış
Rəşad Xalıqov yeni vəzifəyə təyin olunub

Rəşad Xalıqov rəqəmsal inkişaf və nəqliyyat nazirinin əmri ilə Nazirliyin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin müdiri təyin edilib.

Bildirilib ki, sözügedən struktur bölmə nazirliyin daxilində və strukturuna daxil olmayan tabeli qurumlarda rəqəmsal inkişaf və innovasiyalar üzrə siyasətin hazırlanması, koordinasiyası və icrasına cavabdeh olan strateji mərkəz rolunu yerinə yetirir.

Rəşad Xalıqov 2022-ci ilin oktyabr ayından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. O, rəqəmsallaşma sahəsində uzunmüddətli təcrübəyə malikdir.

Rəşad Xalıqov Fransanın Université Marie et Louis Pasteur universitetində informasiya texnologiyaları ixtisası üzrə bakalavr, kompüter mühəndisliyi istiqamətində isə magistr təhsili alıb.

© copyright 2022 | tech.az | info@tech.az