Az | EN

Rusiyada YouTube tamamilə bağlanır

Nigar Sultanli
17 Dekabr 2025 16:47
39 baxış
Rusiyada YouTube tamamilə bağlanır

Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədr müavini Andrey Svintsov "YouTube" platformasının ölkədə tamamilə bloklanacağı tarixi açıqlayıb. Deputatın sözlərinə görə, videohostinq Rusiya qanunvericiliyinə məhəl qoymamağa davam etdiyi üçün yaxın 6-12 ay ərzində ölkədə tam şəkildə məhdudlaşdırılacaq.

Svintsov kontent yaradıcılarına xəbərdarlıq edərək bildirib ki, onlar vaxt itirmədən "Rutube" və "VK Video" kimi yerli alternativlərə keçməlidirlər. O vurğulayıb ki, öz məzmununu Rusiya platformalarında və ya ölkəyə qarşı fəaliyyət göstərməyən resurslarda təbliğ etmək lazımdır. Deputat əlavə edib ki, "Roskomnadzor" "YouTube" platformasını ölkə bazarından tam sıxışdırıb çıxarana qədər məhdudiyyətlər tətbiq etməyə davam edəcək.

Qeyd edək ki, Svintsov bundan əvvəl "WhatsApp" messencerinin də yarım il ərzində unudulacağını və bloklanacağını iddia etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az