Az | EN

SABAH.HUB 30 milyon dollarlıq fond yaradır

Cəmil Hüseynzadə
04 Noyabr 2023 16:51
706 baxış
SABAH.HUB 30 milyon dollarlıq fond yaradır

SABAH.HUB - Azərbaycanda rəqabətli innovativ ekosistem yaradaraq iqtisadi inkişafa töhfə vermək və regionun innovasiya mərkəzinə çevrilməsində çalışan innovasiya mərkəzidir. SABAH.HUB çətiri altında 3 istiqamət üzrə fəaliyyət göstərəcək: SABAH.academy, SABAH.incubation və SABAH.lab. Həmçinin, mərkəz “IE Business School” ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

SABAH.HUB İnnovasiya Mərkəzi və sürətlə inkişaf edən startaplara sərmayə qoyan vençur kapitalı fondunun idarəedici şirkəti olan “White Hill Capital” arasında əməkdaşlıq memorandumu imzalanıb. Fondun yaradılması məqsədi tərəfdaşlığı daha da genişləndirmək üçün Mərkəzi Asiya, Türkiyə və MENA regionunda startap müəssisələrin dəstəklənməsi və maliyyələşdirilməsidir. Yeni yaradılacaq dəstək fondun formalaşacağı ümumi məbləği 30 milyon dollara qədər olacaqdır.

Memorandum imzalanması prosesində hər iki tərəfin səlayyətli nümayəndələri öz fikirlərini səsləndiriblər.

SABAH.HUB İnnovasiya Mərkəzinin İdarəedici direktoru Rəhim Bayramlı bildirib: “White Hill Capital”ın Qazaxıstanda oynadığı rolu və regional vençur kapitalı səhnəsinə olan bağlılıq və dəstəyini yüksək qiymətləndirik. Dünya Bankının sponsorluq etdiyi qurum kimi, “White Hill Capital” yeni başlayan şirkətləri dəstəkləyərkən ən yüksək peşəkar və etik standartları saxlamağa məsuldur. Bu Anlaşma memorandumu SABAH.HUB İnnovasiya Mərkəzi və “White Hill Capital” arasında mükəmməl iş əlaqəsini, eləcə də paylaşılan prioritet sahələrdə tam və birgə dəstəyimizi vurğulayır.”

“White Hill Capital”ın idarəedici tərəfdaşı Aslan Sultanov bildirib: “Həm Qazaxıstanda, həm də Azərbaycanda vençur kapitalı bazarları getdikcə daha çox diqqəti cəlb etdikcə, təşəbbüskar sahibkarların sayı durmadan artdıqca və biz bu ilk uğurları bütün maraqlı tərəflərimiz, o cümlədən investorlarımız və yerli icmalar üçün nəticələrə çevirmək üçün işimizi davam etdirdikcə, tərəfdaşlıqlar vacibdir. Yeni anlaşma memorandumunu imzalamaqla biz, “White Hill Capital” olaraq, SABAH.HUB-ı nümunə göstərərək, təsirli sərmayələr qoymaq üzrə davamlı öhdəliyini alqışlayırıq.”

SABAH.HUB İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq, mütəmadi yeniliklərdən kənar qalmamaq üçün rəsmi sosial media kanalları  və rəsmi vebsaytı zləməyə dəvət edirik.

© copyright 2022 | tech.az | info@tech.az