Startapınızı sürətləndirəcək Akselerasiya proqramı qarşınızdadır. 5 aylıq proqram öz minimal mümkün məhsulu (MVP) olan startaplara fondlaşdırma, mentorluq və maliyyə dəstəyi göstərməklə onları investisiyaya hazır vəziyyətə gətirir.
Proqrama qoşulan startaplara daha çox dəyər qatmaq üçün Akselerasiya proqramının şərtləri də yenilənib.
Artıq proqramın sonunda ən çox müvəffəqiyyət göstərmiş startaplar SABAH tərəfindən minimum 100.000 dollar dəyərində investisiya alacaqlar.
Baku ID-dəki investisiya uğurunu nəzərə alaraq, bu dəfəki Kohortun proqram müddətində SABAH.lab komandası rezident startaplara yerli və xarici şəbəkələrdən daha çox investisiya fürsəti yaradacaq.
Müraciət üçün tələb olunanlar:
- İdeya barədə təqdimat; (“Pitch Deck”)
- Maliyyə proqnozu; (“Business projection”)
- Startapı izah edən video. (maksimum 3 dəq)
Qeyd 1: Müraciət üçün MVP səviyyəsi və komandanızın olması mütləqdir (ideya mərhələsində olan, həmçinin komandasız müraciətlər uyğun sayılmayacaq).
Qeyd 2: Komandanın CEO və bir neçə üzvünün ingilis dilində özünü rahat ifadə etmə bacarığı tələb olunur.
Qeyd 3: Müraciət formunun cavabları yalnız ingilis dilində qəbul olunur.
Proqramda iştirak üçün yerlərin sayı məhdudur. Startapınızın inkişafını sürətləndirəcək proqrama müraciət etməyə tələsin.
Müraciət üçün linkə daxil olun.
Son müraciət tarixi: 15 oktyabr 23:59