Az | EN

Saməddin Əsədov Nazir müavini təyin edildi - SƏRƏNCAM

Cəmil Hüseynzadə
04 Mart 2025 13:43
611 baxış
Saməddin Əsədov Nazir müavini təyin edildi - SƏRƏNCAM

Saməddin Əsədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini təyin edilib. Bununla bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sərəncam imzalayıb. O, bu vaxta qədər Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Saməddi Əəsov 2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışmışdır. 2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələri icra etmişdir. 2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.

© copyright 2022 | tech.az | info@tech.az