Az | EN

Snapchat AI çatbotunu təqdim edib

Səbinə Eyvazova
20 Aprel 2023 11:29
288 baxış
Snapchat AI çatbotunu təqdim edib

Snapchat "My AI" çatbotunu istifadəçilər üçün təqdim edib.

"My AI" çatbotu Snapchat-ın ayrılmaz hissəsinə çevrilib. Artıq onu @ simvolu ilə qeyd etməklə qrup çatlarına əlavə etmək olur. Eyni zamanda, Snapchat fərdi Bitmoji avatarı ilə botun görünüşünü və adını dəyişmək funksiyasını da yaradıb.

Ortaya çıxan bəzi problemlərə baxmayaraq, Snapchat-ın CEO-su Spigel deyib ki, süni intellekt ilə olan təcrübələrinin böyük əksəriyyəti müsbət olub. Həmçinin, o, "Bizə əsas güvən verən odur ki, insanların xidmətdən istifadə etmə tərzini izlədiyimiz zaman “My AI”ın verdiyi cavabların 99,5 faizinin icma qaydalarımıza uyğun olduğunu gördük" deyə də bildirib.

Spigelin verdiyi məlumata əsasən, “My AI”ın adını dəyişdirmək və onun görünüşünü fərdiləşdirmək imkanı istifadəçilərin ən çox tələblərindən biri olub. O, açıqlamasında bildirib: "Mənə görə, bu, insanın hər şeyi fərdiləşdirmək və özününküymüş kimi hiss eləmək istəyinə görə baş verir." Snap tezliklə vizual olaraq "My AI"-a mesaj göndərmək funksiyasını da aktivləşdirməyi planlaşdırır.

 

© copyright 2022 | tech.az | info@tech.az