Az | EN

SoftBank DigitalBridge-i 4 milyard dollara alır

Cəmil Hüseynzadə
30 Dekabr 2025 09:48
44 baxış
SoftBank DigitalBridge-i 4 milyard dollara alır

SoftBank Group süni intellekt infrastrukturu sahəsində mövqelərini gücləndirmək məqsədilə ABŞ-ın DigitalBridge Group şirkətini 4 milyard dollara almaq barədə razılığa gəlib.

Florida ştatında yerləşən DigitalBridge alternativ aktivlərin idarə edilməsi ilə məşğul olur və əsasən data mərkəzləri, mobil rabitə qüllələri və fiber-optik şəbəkələr kimi rəqəmsal infrastruktur layihələrinə investisiya yatırır.

Razılaşmaya əsasən, SoftBank DigitalBridge-in bütün dövriyyədə olan səhmlərini hər səhm üçün 16 dollar nağd ödəniş ilə alacaq. Bu qiymət şirkətin 26 dekabr tarixli bağlanış qiymətindən 15%, son 52 həftəlik orta qiymətindən isə 50% yüksəkdir.

DigitalBridge-in direktorlar şurası xüsusi komitənin tövsiyəsindən sonra sövdələşməni yekdilliklə təsdiqləyib. Alış tamamlandıqdan sonra şirkət CEO Marc Ganzi rəhbərliyi altında müstəqil platforma kimi fəaliyyətini davam etdirəcək.

Əməliyyatın tənzimləyici qurumların təsdiqindən sonra 2026-cı ilin ikinci yarısında bağlanması gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az