Son 10 ildə Azərbaycanda qeydiyyatdan keçirilən mobil cihazların sayı açıqlanıb. Bu müddət ərzində Azərbaycanda 25 milyondan çox IMEI qeydiyyatdan keçirilib. Həmçinin, surəti köçürülən 16 mindən çox IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılıb. Bu IMEI kodlar üzərində 1,5 milyon nömrə şəbəkədə görünüb. Bu barədə AzInTelecom məlumat yayımlayıb.
Vətəndaşlar mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusunu yoxlamaq üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra Vahid Elektron Xidmətlər Portalında (rinn.portal.az) “IMEI yoxlama” xidmətindən ödənişsiz istifadə edə bilər.