FTC və Microsoft arasında davam edən Activision-Blizzard məhkəməsində bir sıra yeni sənədlər ortaya çıxıb. Sony-nin PlayStation 5 seriyası üçün planlarını deşifrə edən bu sənəd vasitəsilə PS5 Slim versiyasının buraxılacağı tarix bəlli olub.
Microsoft PS5 Slim-in tezliklə buraxılacağını göstərən sənədləri FTC-yə təqdim edib. Texniki göstəriciləri açıqlanmayan bu versiyanın qiyməti 399 dollar olacaq. Microsoft-un iddiasına görə o, bu il satışa çıxarılacaq.
Sənəd həmçinin PlayStation 5-in daşınabilən versiyasının inkişaf mərhələsində olduğunu göstərir. Wi-Fi üzərindən PS5 konsoluna çıxışı təmin edəcək əl konsolu oyunçulara PlayStation 5 oyunlarını istənilən yerdən oynamağa imkan verəcək. Lakin bu iddialar hələ Sony tərəfindən rəsmi olaraq təsdiqlənməyib.
Digər tərəfdən xatırladaq ki, Sony ötən aylarda təşkil etdiyi PlayStation Showcase çərçivəsində Project Q adlı cihazı təqdim etmişdi. Steam Deck və ya Nintendo Switch kimi ayrı bir konsol olmayan bu cihaz istifadəçilərə PlayStation 5-də oyunlarını oynamaq imkanı verir.