Az | EN

Starlink istifadəçilərinin sayı 9 milyona çatdı

Nigar Sultanli
24 Dekabr 2025 14:23
38 baxış
Starlink istifadəçilərinin sayı 9 milyona çatdı

Şirkətin rəsmi məlumatına görə, hazırda xidmət 155 ölkədə fəaliyyət göstərir. Noyabr ayının əvvəlində istifadəçi sayı 8 milyon olan platforma, cəmi iki ay ərzində bir milyon yeni müştəri cəlb etməyi bacarıb.

Bu göstəricilər Starlink-in gündəlik orta hesabla 20 mindən çox yeni abunəçi qazandığını sübut edir. Son bir il ərzində şirkətin müştəri bazası demək olar ki, iki dəfə artıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin dekabrında xidmətdən 4,6 milyon insan istifadə edirdi.

Şirkətin maliyyə dəyəri də bu artıma paralel olaraq yüksəlməkdədir. Dekabr ayında SpaceX özünü 800 milyard dollar dəyərində qiymətləndirib ki, bu da onu dünyanın ən bahalı özəl şirkəti edə bilər. Eyni zamanda şirkətin 2026-cı ildə birjaya çıxaraq səhmlərini kütləvi satışa çıxarmağı planlaşdırdığı bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az