Az | EN

Süni intellekt Peyk idarəçiliyində uğursuz olub

Səbinə Eyvazova
24 Aprel 2023 10:23
476 baxış
Süni intellekt Peyk idarəçiliyində uğursuz olub

Çin tədqiqat qrupu müşahidə peykinin nəzarətini süni intellektlə həvalə edib. 

Peyk üzərində nəzarəti öz üzərinə götürən süni intellekt gözlənilən nəticələri doğrultmayıb. “Qimingxing 1” adlı kiçik peyklə müşahidə aparan süni intellekt Hindistanın Patna şəhərinə və Yaponiyanın ən işlək limanı olan Osaka fokuslanıb. Bu ərazilərin qeydə alması araşdırma qrupunun diqqətini çəksə də, bunun səbəbini hələ öyrənə bilməyiblər.

Onu nəzərinizə çatdıraq ki, peykin insan müdaxiləsi olmadan süni intellektin nəzarəti altında buraxılması hadisəsi ilə ilk dəfə müşahidə olunur. Nəticənin uğursuzluğu süni intellektin hələ də istənilən səviyyədə olmadığının sübutudur. 

© copyright 2022 | tech.az | info@tech.az