Az | EN

Süni intellektlə hazırlanmış COVID-19 dərmanının klinik sınaqlarına başlanıldı

Bənövşə Kazımova
01 Mart 2023 12:53
350 baxış
Süni intellektlə hazırlanmış COVID-19 dərmanının klinik sınaqlarına başlanıldı

Süni intellektlə hazırlanmış ilk yeni növ koronavirus (COVID-19) dərmanının insanlar üzərində klinik sınaqlarına başlanılıb.

Bu barədə Honq-Konqda yerləşən “Insilico Medicine” agentliyi açıqlama yayıb. Açıqlamada bildirilib ki, ISM3312 terapevtik məhsulunun preklinik tədqiqatlarda viral yükü və ağciyərlərdə iltihabı “əhəmiyyətli dərəcədə azaltdığı”aşkar edilib.

Kanadalı alim Aleks Javoronkov təsisçisi və top-meneceri olduğu şirkətin tibb sahəsində süni intellektlə işlədiyini bildirib. Javoronkov həmçinin İSM3312 terapevtik məhsulunun insanlar üzərində klinik sınaqlarının Çində başlayacağını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az