İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə “Lotfizadeh Technology Center” tərəfindən həyata keçirilən LTC “No Code” İnkubasiya proqramının və Akselerasiya Proqramının 2-ci kohortu üçün müraciət qəbuluna start verilib.
İdea mərhələsində olan və MVP, Prototipi olmayan startap komandaları No-Code İnkubasiya Proqramına, ideyasını biznesə çevirməklə yanaşı hər hansı sosial problemi də həll etmək istəyən startaplar No-Code inkubasiya | Sosial sahibkarlıq proqramına, MVP və ya Prototipi, ilkin satışları, müştəriləri olan Startaplar isə Akselerasiya proqramına müraciət edə bilərlər.
Proqramlarda iştirak edən startaplar aşağıdakılardan faydalanacaqlar:
1. Müxtəlif texniki platformalardan istifadə imkanı
2. Mentorluq sessiyaları
3. Fərdi mentor görüşləri
4. LTC x & y-də Covorkinq yeri ilə təminat
5. LTC “Mələk İnvestor Klubu” ilə əlavə investisiya cəlb etmək imkanı
Akselerasiya proqramında yuxarıda qeyd edilən üstünlüklərdən əlavə olaraq 15K AZN Toxum İnvestisiya ala və Startapınızın inkişafında müstəsna irəliləyiş əldə edə biləcəksiniz.
Güclü komanda ilə ideyanızı məhsula çevirmək istəyirsinizsə “No-Code” İnkubasiya proqramına, Startapınızın inkişafını daha da sürətləndirmək istəyirsinizsə Akselerasiya proqramına müraciət edə bilərsiniz.
No-Code İnkubasiya üçün müraciət: https://tally.so/r/wdavLq
No-Code İnkubasiya | Sosial sahibkarlıq üçün müraciət: https://tally.so/r/3Xo9kO
Akselerasiya proqramı üçün müraciət: https://tally.so/r/w4JzWk
Müraciət üçün son tarix 15 dekabrdır.