Portuqaliyada qonaq olan Azərbaycanlı turist yerli dili bilmədiyi üçün restoranda tərcümə proqramından istifadə edib. Nar ilə əlaqəli yemək sifariş etmək istəyən qonaq özünü silahlı polisin mühasirəsində tapıb.
İsrail pasportu olan 36 yaşlı gənc mobil telefonundakı proqramdan istifadə edərək, narla əlaqəsi olan cümlə yazıb. Narla əlaqəli yemək sifariş etmək istəyən şəxs rus dilindən Portuqal dilinə tərcümə etməyə çalışıb. Onun tərcüməsinin nəticəsi “qranata”sözünə çevrilib, bu isə Portuqal dilində qumbara deməkdir. Ölkədə artan terror hadisələrinə görə restoran əməkdaşı dərhal polisə xəbər verib. Hadisə yerinə gələn silahlı polislərin əhatəsində qalan turist əli qandallı polis bölməsinə aparılıb. Onun qaldığı yataqxana axtarış edildikdən sonra, şübhəli bir şey tapılmayıb və ona qarşı ittiham irəli sürülməyib.