Az | EN

TikTok-da canlı yayım açmaq üçün yaş həddi artırılır

Nail Valiyev
19 Oktyabr 2022 12:21
1548 baxış
TikTok-da canlı yayım açmaq üçün yaş həddi artırılır

TikTok canlı yayım xüsusiyyətində dəyişikliklər etdiyini açıqlayıb. Hazırda canlı yayım açmaq üçün TikTok istifadəçilərinin yaşı 16 və ya daha böyük olmalıdır. Noyabrın 23-dən etibarən bu yaş həddi 18-ə qaldırılır.

Önümüzdəki həftələrdə təqdim ediləcəyi bildirilən bu yeni funksiya ilə artıq canlı yayımlar yalnız böyüklər üçün olacaq. Başqa sözlə, bu kateqoriyaya daxil olan canlı yayımları yalnız yetkin istifadəçilər izləyə biləcək. Bu yolla, 18 yaşından kiçik istifadəçilər böyüklər üçün məzmuna baxa bilməyəcəklər. Bir sözlə, şirkət yetkinlik yaşına çatmayanlara məzmunun göstərilməsinə icazə verməyəcək.

Vurğulamaq lazımdır ki,böyüklər üçün canlı yayımlarda zorakılıq və cinsi xarakterli məzmunlar olmayacaq. Çünki bu cür məzmun hələ də platformanın siyasətlərinə uyğun deyil. Bundan əlavə, TikTok müxtəlif istifadəçilərin canlı yayımlara əlavə edilməsinə imkan verən “Multi-Guest” xüsusiyyətinə də yeniliklər gətirib. Müvafiq olaraq, istifadəçilər artıq daha beş istifadəçi ilə canlı yayımlarını həyata keçirə biləcəklər.

 

© copyright 2022 | tech.az | info@tech.az