Az | EN

“TikTok”un sahibi “ByteDance” 1 cümlə ilə foto redaktə edən “AI” modeli hazırlayıb

Röya Yusifbəyli
12 Noyabr 2024 20:35
170 baxış
“TikTok”un sahibi “ByteDance” 1 cümlə ilə foto redaktə edən “AI” modeli hazırlayıb

“ByteDance” 11 Noyabrda özünün ən son foto redaktə modeli olan “SeedEdit”i  istifadəyə verib. İstifadəçilər modeldən istifadə etməklə yorucu kontur və ləkələrə ehtiyac olmadan fonu və üslubları dəyişə bilərlər. Həmçinin fotoşəkilə elementləri əlavə etmək, silmək və ya dəyişdirmək üçün modelə sadəcə 1 cümlə ilə əmr daxil etmək lazımdır.

“SeedEdit”, deyimlər və xüsusi isimlər də daxil olmaqla, həm Çin, həm də İngilis dillərindəki göstərişləri dəqiq başa düşərək əmrləri icra edir. Məsələn, istifadəçi "qarpızı üzümlə əvəz et" deyə əmr daxil etdikdə model bu əmri dərhal icra edir. Bundan əlavə, model fotolardakı şüşə çatlarının aradan qaldırılması və ya təsvirdəki xüsusi elementlərin dəyişdirilməsi kimi detallarla işləyərkən orijinal təsvirin bütövlüyünü qoruyur.

Funksional redaktə modeli olan “SeedEdit” ancaq redaktələri dəstəkləmir, həm də yaradıcı əməliyyatların bir neçə mərhələsinə imkan verir. İstifadəçilər müxtəlif effektlər yaratmaq üçün eyni şəkli davamlı olaraq redaktə edə bilərlər. Texniki hesabatlar göstərir ki, “SeedEdit” orijinal təsviri qoruyaraq yüksək keyfiyyətli məzmun yaratmağa nail olur. Bu isə onu digər şəkil redaktə edən modellərdən fərqləndirir.

“SeedEdit” indi “Doubao” nun PC platformasında və “ByteDance”in “AIGC” platformasında mövcuddur. Bu da  həmin platformalardakı istifadəçilərə sadə əmrlərlə təsvirin effektiv redaktəsinə nail olmağa imkan verir. “Dall-E3” və “Midjourney” kimi rəqiblərlə müqayisədə “SeedEdit” redaktə rahatlığı və cavab dəqiqliyi baxımından daha çox üstünlüyə malikdir. Ümumilikdə, “SeedEdit”in istehsalı istifadəçilərə yeni yaradıcılıq təcrübəsi təklif edərək, süni intellektlə təsvirin redaktə edilməsində bir sıçrayış yaradır.

© copyright 2022 | tech.az | info@tech.az