Az | EN

Toncoin qiyməti 60%-dən çox artıb

Cəmil Hüseynzadə
06 May 2026 16:27
33 baxış
Toncoin qiyməti 60%-dən çox artıb

Kriptovalyuta bazarında Toncoin son iki gün ərzində 60%-dən çox bahalaşıb. Artım Pavel Durov-un TON blokçeyni ilə bağlı açıqlamalarından sonra başlayıb.

Məlumata görə, kriptovalyutanın qiyməti mayın 4-dən etibarən yüksəlişə keçib və hazırda təxminən 2,25 dollar səviyyəsində ticarət olunur. Son bir həftədə isə ümumi artım 66% təşkil edib. Toncoin-in bazar kapitallaşması 5,9 milyard dollara çatıb və o, ən böyük kriptovalyutalar siyahısında 17-ci yerdə qərarlaşıb.

Qiymət artımına səbəb kimi Pavel Durovun “TON-u yenidən böyük edək” çağırışı göstərilir. O bildirib ki, Telegram platforması TON Foundation-ın rolunu əvəz edərək ekosistemin əsas hərəkətverici qüvvəsinə çevriləcək və blokçeynin ən böyük validatoru olacaq.

Qeyd edək ki, TON layihəsi 2018-ci ildə Pavel və Nikolai Durov tərəfindən yaradılıb. 2020-ci ildə layihə hüquqi səbəblərlə dayandırılsa da, sonradan inkişafı TON Foundation tərəfindən davam etdirilib.

© copyright 2022 | tech.az | info@tech.az