Az | EN

Tramp administrasiyası rəqəmsal hücumlara qarşı milyard dollarlıq investisiya qoyur

Nigar Sultanli
15 İyul 2025 12:53
54 baxış
Tramp administrasiyası rəqəmsal hücumlara qarşı milyard dollarlıq investisiya qoyur

Bu vəsait Trampın təqdim etdiyi və “One Big Beautiful Bill” (Bir Böyük Gözəl Qanun) yeni qanun paketində yer alır. Qanunda bu “hücum kiber əməliyyatları”nın konkret olaraq nələri əhatə etdiyi açıqlanmasa da, vəsaitin əsasən ABŞ-nin Asiya-Sakit Okean bölgəsində — xüsusilə də Çinlə bağlı fəaliyyət göstərən İndo-Sakit Okean Komandanlığının texniki imkanlarını gücləndirməyə yönəldiləcəyi qeyd olunub.

Maraqlıdır ki, bu qərarla paralel olaraq, ölkənin kibertəhlükəsizlik və müdafiə sahəsinə ayrılan 1 milyard dollarlıq vəsait ixtisar edilib. Halbuki ABŞ son illərdə Çindən və digər ölkələrdən gələn kiberhücumların hədəfindədir.

Senatın Kəşfiyyat Komitəsinin üzvü, demokrat senator Ron Vayden bu qərarı sərt tənqid edərək bildirib ki, Tramp administrasiyası dövlətin kibertəhlükəsizlik sahəsinə ayırdığı vəsaiti azaltmaqla ölkəni xarici hakerlər üçün daha açıq vəziyyətə gətirib. O qeyd edib ki, ABŞ-nin əsas kibertəhlükəsizlik qurumu olan CISA-nın büdcəsi azaldılıb, yüzlərlə əməkdaş işdən çıxarılıb və bu qərarların yalnız kiçik bir hissəsi sonradan dəyişdirilib.

Vayden TechCrunch-a verdiyi açıqlamada deyib:
“Bu qərar federal qurumlarla yanaşı, xəstəxanalar, bələdiyyələr və özəl şirkətlər üçün də təhlükə yaradır. Çünki bu qurumların dövlət səviyyəsində təşkil olunmuş hücumlara qarşı dayanmaq imkanları yoxdur.”

“Hücum xarakterli kiber əməliyyatlar” dedikdə, əslində, rəqib ölkələrin sistemlərinə daxil olmaq, məlumat toplamaq və ya bəzi texniki boşluqlardan istifadə edərək sistemlərə nəzarət əldə etmək nəzərdə tutulur. Bu əməliyyatlara həmçinin casus proqramların yerləşdirilməsi, internet trafikinin izlənməsi və ya bu məqsədlə infrastruktur qurulması da daxildir.

Ağ Ev və Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

© copyright 2022 | tech.az | info@tech.az