Az | EN

Türk fintek Sipay Hesapkurdu ve Koalay’ı satın aldı

Cəmil Hüseynzadə
28 Oktyabr 2024 17:15
418 baxış
Türk fintek Sipay Hesapkurdu ve Koalay’ı satın aldı

Türk fintek Sipay, maliyyə təfərrüatları mətbuatla paylaşılmayan bir razılaşma ilə İngiltərədə yerləşən BHL Holding tərəfindən keçən il 65 milyon dollar dəyərində satın alınan  Hesapkurdu və Koalay-ı satın aldı.

2010-cu ildə Ömer Paksoy və Onur Tekirturhan tərəfindən qurulan  Hesapkurdu and Koalay, fərdi bankçılıq və sığorta məhsulları üçün vasitəçilik xidmətləri göstərir. 2023-cü ilin may ayında BHL Holding çətiri altında birləşən iki brend 9 milyondan çox müştəriyə maliyyə texnologiyaları sahəsində yeni məhsul və xidmətlər təqdim edir.

Missiyası bank və sığorta məhsullarını daha asan və şəffaf hala gətirmək olan  Hesapkurdu və Koalay əllərini dəyişərək biznes və fərdlərin bütün maliyyə ehtiyaclarını alternativ variantlarla tək platformada qarşılamasını təmin edən Sipay-a qoşuldular.

2019-cu ildə Nezih Sipahioğlu tərəfindən qurulan və sürətlə böyüyən Sipay, aprel ayı etibarilə 10 qat artım qeyd etdi. 2024-cü ili 300 milyon dollar gəlirlə bağlamağı hədəfləyən yerli fintech, iyun ayında aldığı 15 milyon dollarlıq investisiya ilə məhsul portfelini genişləndirməyi, yeni bazarlara çıxmağı və qlobal varlığını gücləndirməyi planlaşdırdığını açıqladı.

© copyright 2022 | tech.az | info@tech.az