Az | EN

Türkiyə sahibkarlara və talantlara xüsusi viza verəcək: "Tech Visa"

Cəmil Hüseynzadə
16 Sentyabr 2024 15:18
212 baxış
Türkiyə sahibkarlara və talantlara xüsusi viza verəcək: "Tech Visa"

Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi texnologiya sahəsində kritik ixtisaslara sahib olan istedadlar və texnologiya startapları üçün "Türkiye Tech Visa" proqramını istifadəyə verdi. Bu proqram, texnologiya sahəsində çalışan istedadlara və startaplara xüsusi olaraq 3 illik iş icazəsi və ailələr üçün asan oturma icazəsi prosesləri təklif edir.

Bununla yanaşı, texnopark dəstəkləri çərçivəsində gəlir vergisi və müəssisə vergisi azadolmaları və geniş səhiyyə xidmətləri təmin edilir. Startaplar, əlavə dəyər vergisi, müəssisə vergisi, gömrük vergisi kimi sahələrdə də azadolmalardan faydalana bilərlər. Həmçinin işçilərə ödənməli olan sığorta haqları üçün də texnopark dəstəkləri tətbiq olunur. Bu baxımdan işçilər də gəlir vergisi ödəməyəcəklər.

Türkiyədə effektiv bir səhiyyə təminat sistemi olduğu qeyd edilən saytda, bütün işçilərin səhiyyə xidmətlərindən pulsuz istifadə edə bildiyi ifadə edilir. Texnologiya şirkətlərinin işçilərinin sığorta haqlarını isə dövlət qarşılayır.

"Türkiye Tech Visa" proqramı çərçivəsində texnoparklarda və inkubasiya mərkəzlərində ofis imkanı, həmçinin startap kapitalı yatırımları və layihə maliyyə dəstəklərindən yararlanmaq mümkündür. Bundan əlavə, mentorluq və məsləhət xidmətləri ilə yanaşı, daha çox dəstək üçün təyin olunmuş bir həll ortağı təqdim olunur.

Startapların "Tech Visa" çərçivəsində Türkiyəyə gələrkən, işçilərini də rahatlıqla gətirə biləcəyi qeyd olunur. Startaplar, digər ölkələrdə olan istedadları da komandasına daxil etmək imkanına sahibdirlər. Çünki əcnəbi işçilərin iş icazələrində bu proqrama xüsusi istisnalar tətbiq olunur. Bu istisnaların həm ortaq, həm də işçilər üçün keçərli olduğunu da əlavə edək. "Türkiye Tech Visa" proqramına daxil olan startaplar, maliyyə problemini isə "Türkiye Tech Visa Fondu" ilə həll edirlər.

Texnologiya sahəsində çalışan istedadlara isə iş vizası müraciət prosesində xüsusi istisna tətbiq olunur. İstedadlar, Türkiyədə Ar-Ge fəaliyyəti həyata keçirən türk şirkətlərində çalışdığı halda gəlir vergisi ödəməyəcəklər. Həmçinin bütüncül səhiyyə xidmətlərini əhatə edən sosial təminat haqlarının yarısını da dövlət qarşılayır.

© copyright 2022 | tech.az | info@tech.az