Az | EN

Twitter Google-a olan borclarını ödəmir

Fidan Abbaszadə
12 İyun 2023 11:25
238 baxış
Twitter Google-a olan borclarını ödəmir

Google-a olan borclarını ödəməkdən imtina edən Twitter ikitərəfli ticarət əlaqələrini poza biləcək inamsızlığı səbəb ola biləcək bir qərar qəbul edib.

Twitter Google-un “Cloud” xidmətindən istifadə etməsi ilə bağlı  yığılmış borclarını ödəməkdən imtina edərək sözügedən məbləği öz seyfində saxlayaraq xərclərdən yayınmağa çalışıb. Bu vəziyyət şirkətin güvən siyasətlərinə ziyan verir və digər ticarət münasibətləri ilə əlaqəli sualların yaranmasına səbəb olur.

Mart ayında oxşar gərginlik Amazon ilə də yaşanmışdı. Borclarını da ödəməkdən imtina edən şirkət Amazon-un kəskin münasibəti və alacağı sanksiya qərarından sonra borclarını ödəməli olub. 

Məlum olduğu kimi, Twitter Mask tərəfindən idarə olunmağa başladıqdan sonra xərcləri azaltmaq üçün bir-birinin ardınca qərarlar qəbul etməyə başlayıb. İnfrastruktur xərclərində ən az bir milyon dollar qənaət dəyərinə çatmaq istəyən şirkət bir çox kritik qərarlar verib. İşdən çıxarılmaları ilə də gündəmdə olan şirkətin kommersiya etibarı bu qərarlara görə zəifləyib.

© copyright 2022 | tech.az | info@tech.az