Az | EN

Uber mühəndisləri CEO-nun süni intellekt versiyasını hazırlayıblar

Cəmil Hüseynzadə
25 Fevral 2026 13:10
74 baxış
Uber mühəndisləri CEO-nun süni intellekt versiyasını hazırlayıblar

Uber şirkətinin mühəndisləri CEO Dara Xosrovşahinin süni intellekt (Sİ) versiyasını hazırlayıblar. Bu barədə Xosrovşahi Steven Bartlett-in apardığı The Diary of a CEO podkastında danışıb.

Onun sözlərinə görə, bəzi komandalar “Dara AI” adlı chatbot yaradaraq təqdimatlardan əvvəl bu sistemə müraciət edirlər. Komandalar rəhbərliyə çıxmazdan əvvəl slaydlarını və təkliflərini əvvəlcə süni intellekt versiyasına təqdim edir, mümkün sualları və iradları əvvəlcədən test edirlər.

“Bir layihə mənə çatana qədər artıq bir neçə dəfə müzakirə olunmuş və təkmilləşdirilmiş olur. Buna görə də bəzi komandalar hazırlıqlarını cilalamaq üçün Dara AI-dan istifadə edir”, – deyə Xosrovşahi bildirib.

CEO əlavə edib ki, şirkətdə proqram mühəndislərinin təxminən 90 faizi artıq süni intellekt alətlərindən istifadə edir. Onların təxminən 30 faizi isə bu texnologiyalardan geniş şəkildə yararlanaraq şirkətin texnoloji arxitekturasını yenidən düşünür.

Xosrovşahinin sözlərinə görə, süni intellekt mühəndislərin məhsuldarlığını indiyədək görünməmiş səviyyədə artırıb. Daha əvvəl bu detalı Business Insider nəşri də yayımlamışdı.

© copyright 2022 | tech.az | info@tech.az