Az | EN

Video izləməyi asanlaşdıran sensorlu yemək çubuqları təqdim edilib

Cəmil Hüseynzadə
25 Fevral 2026 12:02
12 baxış
Video izləməyi asanlaşdıran sensorlu yemək çubuqları təqdim edilib

Cənubi Koreyanın dondurulmuş məhsulları ilə tanınan bibigo brendi Scroll Sticks adlı yeni məhsul təqdim edib. Bu, sensor ekranlarla uyğun ucluqlara malik yemək çubuqlarıdır.

İdeyaya görə, çubuğun bir ucu ilə yemək götürmək, digər xüsusi ucluqla isə smartfon ekranında qısa videoları - məsələn, TikTok və ya YouTube Shorts sürüşdürmək mümkündür. Beləliklə, istifadəçi həm yemək yeyə, həm də lentə baxa bilir.

Məhsulun ucluqları çıxarılandır. Bu sayədə çubuqları həm əl ilə, həm də qabyuyan maşında yumaq mümkündür.

Şirkət bildirir ki, Scroll Sticks məhdud sayda buraxılıb. Layihənin əsas məqsədi kommersiya qazancı deyil. Daha çox müasir həyat tərzinə satirik yanaşma kimi təqdim olunur yəni, insanların demək olar ki, hər yemək vaxtını smartfon qarşısında keçirməsinə işarədir.

© copyright 2022 | tech.az | info@tech.az