Az | EN

Z nəsli tükənmişlik hissindən iPod-a qayıdır

Cəmil Hüseynzadə
25 Fevral 2026 09:00
40 baxış
Z nəsli tükənmişlik hissindən iPod-a qayıdır

2025-ci ilin yanvar–oktyabr ayları ərzində iPod Classic və iPod Nano ilə bağlı axtarış sorğularının sayı 25%-ə qədər artıb. Bu barədə Axios nəşri Google Trends məlumatlarına istinadən yazır.

Mütəxəssislərin fikrincə, marağın artmasının əsas səbəbi gənclər arasında geniş yayılan rəqəmsal tükənmədir. Z nəslinin nümayəndələri demək olar ki, bütün həyatları boyu diqqəti daim özünə çəkən cihazlarla əhatə olunublar. Smartfonlar isə sosial şəbəkələr, messencerlər və bildirişlər vasitəsilə bu yüklənmənin əsas mənbəyinə çevrilib.

“Rəqəmsal minimalizm” kitabının müəllifi Cal Newport qeyd edir ki, köhnə texnologiyalar adətən bir məqsədə xidmət edir. Bu isə istifadəçiyə yalnız bir prosesə — məsələn, musiqi dinləməyə — fokuslanmağa və zehni sakitləşdirməyə imkan yaradır.

Qeyd olunur ki, artıq uzun müddətdir bəzi ustalar köhnə pleyerlərin modifikasiyası ilə məşğuldur. Onlar cihazlara Bluetooth, Wi-Fi və əlavə yaddaş modulları quraşdıraraq onları müasir tələblərə uyğunlaşdırırlar. Nəticədə istifadəçilər fərdiləşdirilmiş pleylistlərlə təchiz olunmuş “kastom” iPod əldə edərək, smartfonsuz gəzintilərə üstünlük verirlər. Zumerlər (və ya Z nəsli) təxminən 1997–2012-ci illər arasında doğulan insanlara deyilir.

© copyright 2022 | tech.az | info@tech.az