Az | EN

WhatsApp 3 milyon rubl cərimələnib

Fidan Abbaszadə
02 İyun 2023 14:15
410 baxış
WhatsApp 3 milyon rubl cərimələnib

Rusiya məhkəməsi WhatsApp-ı qadağan edilmiş məzmunda olan söhbət qrupunu silmədiyinə görə 3 milyon rubl (təxminən 37 min dollar) cərimələməyə qərar verib.

Paytaxt Moskvada baxılan məhkəmə işində WhatsApp vasitəsi ilə qeyri-qanuni yolla antidepresan preparatlar satıldığı müəyyən edilib.

Məhkəmə Rusiyanın müvafiq qurumlarının tələbinə baxmayaraq WhatsApp-ın qrupu silmədiyi üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və WhatsApp-ı 3 milyon rubl cərimələyib.

Beləliklə “WhatsApp” Rusiyada ilk dəfə olaraq cərimələnib. Buna qədər şirkət əvvəllər başqa ölkələrdə də müxtəlif səbəblərdən cərimələnmişdi.

© copyright 2022 | tech.az | info@tech.az