Az | EN

WhatsApp-a yeni funksiya gəlir

Fidan Abbaszadə
08 İyun 2023 12:01
297 baxış
WhatsApp-a yeni funksiya gəlir

WhatsApp-da şəkil göndərdiyimiz zaman proqram həmin şəklin keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır. Platformanın hazırladığı yeni funksiya artıq bu problemi həll edəcək.

WABetaInfo-nun məlumatına görə, WhatsApp HD Photo göndərmə funksiyası üzərində işləyir. Şirkət bu funksiyanı Android (2.23.12.13) və iOS (23.11.0.76) versiyaları ilə beta istifadəçiləri üçün sınaqdan keçirməyə başlayıb.

Yuxarıdakı ekran görüntüsündəki kimi, qalereyadan bir şəkil seçildiyi zaman yuxarı hissədə HD işarəsi mövcud olur. Ona toxunmaqla istifadəçi şəklin HD (4096 x 2692) və ya standart (1600 x 1052) keyfiyyətdə göndərilməsini seçə bilər. Şəkil HD keyfiyyətində göndərildiyi zaman şəklin aşağı sol hissəsində HD işarəsi olacaq.
WhatsApp hazırda beta istifadəçiləri üçün əlçatan olan bu funksiyasını tezliklə hər kəsə təqdim edəcək.

© copyright 2022 | tech.az | info@tech.az