Az | EN

“Whatsapp” bütün dünyada çökdü

Nail Valiyev
25 Oktyabr 2022 11:46
252 baxış
“Whatsapp” bütün dünyada çökdü

“Whatsapp” messencer proqramınının fəaliyyətində problem yaranıb. Aldığımız son məlumatlara görə, istifadəçilərdə Whatsapp işləmir. Serverdə yaranmış problemə görə mesajlar getmir

Bu barədə istifadəçilər sosial şəbəkələrdə yarım saatdan çoxdur ki, xidmətdə problem yarandığını və messencer vasitəsilə mesajlar göndərə bilmədiklərini bildirirlər.

Problemin qlobal miqyas daşıdığı və dünyanın bir sıra ölkələrində müşahidə olunduğu bildirilir. Problemin dəqiq səbəbləri bilinməsə də, qısa müddət ərzində həll olunması gözlənilir. Məsələ ilə bağlı Whatsapp hələlik rəsmi açıqlama verməyib. 

© copyright 2022 | tech.az | info@tech.az