Az | EN

Whatsapp-da yaranmış problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AÇIQLAMA

Səbinə Eyvazova
25 Oktyabr 2022 12:51
237 baxış
Whatsapp-da yaranmış problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AÇIQLAMA

tech.az apa.az-a istinadən xəbər verir ki, problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "APA-Economics"in sorğusuna cavab verib. Nazirlik hazırda bu istiqamətdə araşdırma aparıldığını qeyd edib:

"Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır".

© copyright 2022 | tech.az | info@tech.az