Az | EN

Whatsapp-ın bu funksiyası ilə telefon nömrəsinə ehtiyac qalmayacaq

Fidan Abbaszadə
25 May 2023 15:25
335 baxış
Whatsapp-ın bu funksiyası ilə telefon nömrəsinə ehtiyac qalmayacaq

Meta-ya aid mesajlaşma platforması WhatsApp, təqdim etdiyi xüsusiyyətlər ilə istifadəçilərini təəccübləndirməyə davam edir. Bu gün alınan xəbərə görə, platforma istifadəçi adı funksiyası üzərində işləyir. Yeni funksiya ilə istifadəçilər öz hesablarına istifadəçi adı təyin edə və bu adla başqaları ilə əlaqə saxlaya biləcəklər.

İstifadəçi adı funksiyası WhatsApp istifadəçiləri üçün daha çox təhlükəsizlik və məxfilik məqsədi daşıyır. Belə ki, artıq nömrəsini başqaları ilə bölüşmək istəməyən istifadəçilər profillərinə istədikləri istifadəçi adını əlavə edə biləcək.

Bundan əlavə, istifadəçi adları sayəsində kommersiya və ya biznes məqsədləri üçün istifadə edilən WhatsApp hesabları daha da peşəkarlaşacaq.

WABetaInfo tərəfindən paylaşılan məlumata görə, funksiya hələ də inkişaf mərhələsindədir.

© copyright 2022 | tech.az | info@tech.az