Az | EN

Whatsapp-ın təqdim etdiyi “picture-in-picture” nədir?

Cəmil Hüseynzadə
21 Fevral 2023 09:53
269 baxış
Whatsapp-ın təqdim etdiyi “picture-in-picture” nədir?

Günümüzün ən populyar mesajlaşma proqramı olan WhatsApp yeni funksiyalar əlavə edib. Təkcə mesajlaşmada deyil, görüntülü zənglərdə də çox iddialı olan WhatsApp, yeni funksiyasını istifadəyə verdiyini açıqlayıb.

“WhatsApp”ın verdiyi məlumata görə, videozənglər üçün “picture-in-picture” funksiyası istifadəyə verilib. Bu xüsusiyyət sayəsində WhatsApp-da videozəng edərkən başqa proqrama keçsəniz belə, videozəng fasiləsiz davam edəcək.

İlk dəfə ötən ilin dekabrında WhatsApp tərəfindən elan edilən xüsusiyyət təxminən 2 aylıq beta müddətindən sonra ortaya çıxdı. “WhatsApp”ın məlumatına görə, “picture-in-picture” funksiyası zəng zamanı kiçildilmiş ekran sayəsində zəng zamanı başqa işləri asanlıqla yerinə yetirməyə imkan verir.

Xatırladaq ki, bu funksiyadan əvvəl WhatsApp-da videozəng edərkən başqa proqrama keçdiyiniz zaman görüntü görünmürdü. Bir sözlə, zəng davam etsə də, videozəng etdiyiniz şəxs sizi görə bilmirdi.

Yeni "picture-in-picture" funksiyası ilə siz videozəng edərkən videonu kəsmədən telefonunuzdakı digər proqramlardan istifadə edə biləcəksiniz. WhatsApp-ın video zənglər üçün təklif etdiyi "picture-in-picture" funksiyası 2018-ci ildə Android platforması üçün istifadəyə verilib. Təxminən 5 il gözləmədən sonra 23.3.77 yeniləməsi ilə “picture-in-picture” funksiyası iOS platforması üçün də əlçatan oldu.

“picture-in-picture” funksiyası ilə yanaşı, “WhatsApp” həm iOS, həm də Android istifadəçiləri üçün fayl göndərərkən altyazı əlavə etmək imkanı gətirdiyini açıqlayıb. Son olaraq onu da qeyd edək ki, WhatsApp eyni anda 100 şəkil və ya sənəd göndərməyə imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb.

© copyright 2022 | tech.az | info@tech.az