Az | EN

WhatsApp-ın yeni funksiyası düzgün işləmir

Səbinə Eyvazova
16 Mart 2023 17:42
284 baxış
WhatsApp-ın yeni funksiyası düzgün işləmir

WhatsApp-ın son dəfə təqdim etdiyi yeniliklərdən biri keyfiyyətini itirmədən şəkilləri göndərə bilməkdir. Amma istifadəçilər bu funksiyanın düzgün işləməməsindən şikayətlənirlər.

Hazırda sənəd göndərmə bölməsindən göndərilən şəkillərdə keyfiyyət itkisi olmasa da, adi halda göndərilən şəkillərin keyfiyyətinin azaldığı bildirilir.  “Ayarlar”da “ən keyfiyyətli” seçiminə baxmayaraq, foto göndərilərkən tətbiq faylı sıxmağa və keyfiyyəti azaltmağa davam edir.

Bildirək ki, platformada göndərilən şəklin keyfiyyəti çox vaxt sıxılır. Bu səbəbdən göndərdiyiniz fotoşəkillər orijinal keyfiyyətdə qarşı tərəfə çatmır. Proqram daha sürətli fayl köçürmələri üçün defolt olaraq təsvirin keyfiyyətini təxminən 70 faiz azaldır.

© copyright 2022 | tech.az | info@tech.az