WhatsApp ötən həftələrdə mesajlara emojilərlə reaksiya verməyə imkan verən funksiyanı istifadəyə vermişdi. Meta-ya aid olan platforma indi də mesajların redaktə funksiyasını istifadəyə verməyə hazırlaşır.
Yeni funksiya ilə istifadəçilər göndərdikləri mesajları qısa müddət ərzində dəyişə biləcəklər. Bununla da yanlış yazılmış mesajı düzəliş edib təkrar göndərməyə ehtiyac qalmayacaq.
Məlumat üçün bildirək ki, funksiya mesaj göndərildikdən sonra yalnız 15 dəqiqə ərzində mövcud olacaq. Vaxt keçdikdən sonra mesajı redaktə etmək mümkün olmayacaq. WhatsApp-ın bu funksiyanı təqdim etdikdən bir müddət sonra vaxtı uzadacağı ehtimal edilir. Bundan əlavə, redaktə olunmuş mesajlar mesajın aşağı sağ küncündə "redaktə edilmiş" kimi görünəcək. Test mərhələsində olan xüsusiyyətin nə vaxt əlçatan olması isə hələlik bəlli deyil.