Xpeng-in robot istehsal edən bölməsi olan Xpeng Robotics startapı investisiya turunda 100 milyon dollar investisiya alıb. IDG Capital-ın rəhbərlik etdiyi investisiya turunda Xpeng və adı açıqlanmayan müxtəlif investorlar iştirak edib.
Məlumatlara görə, əldə olunan investisiya Ar-Ge araşdırmaları, məhsul inkişafı və komandanın böyüməsi üçün istifadə olunacaq. 2016-cı ildə Xpeng daxilində qurulan Xpeng Robotics startapı evdə istifadə oluna bilən robotlar üzərində işləyir.
Çin və ABŞ-da ofisləri olan Xpeng Robotics hazırda 300 nəfərlik komanda tərəfindən idarə olunur. Xpeng Robotics-in əsas məqsədi yaxın 2 il ərzində hazırladığı robotları evlərdə istifadə etməkdir.