Zigmund.Online komandası tərəfindən Zigmund.GPT çatbotu təqdim edilib. Çatbotun missiyası insanların psixolojik problemlərini daha rahat həll edə bilməkləri üçün psixoterapiyanı hər kəs üçün əlçatan etməkdir. Zigmund.GPT pulsuz və anonim psixoloji dəstək xidməti göstərir.
Psixoloq bot stress və narahatlığı idarə etmək üçün məsləhətlər verir və həmçinin emosional tarazlığa mane ola biləcək durumları aradan qaldırmağa kömək edir. Çatbot istifadəçinin məqsəd və planlarını nəzərə alaraq düzgün istiqamətdə hərəkət etmək üçün motivasiya da edə bilir. Eyni zamanda, psixoloq bot qərar qəbulunu asanlaşdıraraq müxtəlif variantları təklif edə və onların mümkün nəticələrini təhlil edə bilər.
Bununla belə, qeyd etmək lazımdır ki, psixoloq bot peşəkar psixoterapevti və ya psixoloqu əvəz etmir, yalnız özünə kömək etmək üçün olan vasitələr haqqında məlumat verir. “Zigmund.Online-da biz psixoterapiyanı hər kəs üçün əlçatan etməyə çalışırıq və AI psixoloq botumuz bu yolda atdığımız mühüm addımdır. Biz texnologiyaya insanların həyat keyfiyyətini yaxşılaşdırmaq və insanlar üçün təhlükəsiz psixi məkan yaratmaq üçün bir vasitə kimi yanaşırıq.” , - deyə Zigmund.Online-ın baş direktoru Danil Çaus bildirib