Sosial media iperatoru Meta Ray-Ban-ın ana şirkəti EssilorLuxotticanın təqribən 3% hissəsini 3,5 milyard dollar qarşılığında alıb. Bu investisiya Mark Zukerberqə əməliyyatlarda birbaşa idarəetmə imkanı verməsə də, artıq beş ildir davam edən əməkdaşlığı daha da möhkəmləndirdi. Məqsəd isə sadədir: ağıllı eynəkləri gündəlik texnologiya halına gətirmək.
Ray-Ban Stories-in 2019-cu ildə bazara çıxışından sonra, 2023-cü ilin Ray-Ban Meta modelində ciddi sıçrayış oldu. İndi bu eynəklər həm stil, həm də funksiya baxımından çox güclüdür — saplarda kamera, 32 GB yaddaş, Instagram canlı yayımları, süni intellekt dəstəyi və səs əmrləri ilə idarəetmə. Sadəcə eynək yox, kiçik, əlverişli və çoxfunksiyalı cihazdır.
Satışlar da bunu təsdiqləyir: 2023-cü ildən bəri 700,000-dən çox satılıb, 2024-də ağıllı eynəklərin qlobal satışları 2 milyona çatıb. 2026-cı il üçün isə 10 milyon hədəfi var. Qiymətləri lüks seqmentdən çıxıb, artıq smartfon səviyyəsindədir. Ray-Ban Meta eynəkləri ən çox satılan modellər arasındadır.
Bazar isə sürətlə böyüyür. Qlobal ağıllı eynək bazarının 2024-cü ildə 6 milyard dollara, 2034-cü ildə isə 16 milyard dollara çatacağı gözlənilir. 2025-2029-cu illər üçün orta illik artım 60 faiz səviyyəsində hesablanıb.
Meta-nın rəqibləri də var, amma Google Glass kimi uğursuzluqlar, Microsoft HoloLens-in sənaye yönümlü olması, Meta-Ray-Ban birliyinin gündəlik istifadəçi bazasını hələ üstələməyib. Onların fərqi isə texnologiya və modanı birləşdirməsidir.
Meta-nın EssilorLuxottica-ya yatırdığı 3,5 milyard dollar, ağıllı eynəklərin bütün dünyada yayılması üçün verilmiş güclü siqnaldır. Gələcək artıq üzdədir və biz onu gözlə görəcəyik.