18 may 2010-cu ildə bitcointalk.org saytında “laszlo” (tam adı: Laszlo Hanyecz) adlı istifadəçi bir elan paylaşdı: “Bir neçə pizza üçün 10.000 Bitcoin ödəyəcəm. Ola bilsin ki, 2 böyük ölçülü olsun, növbəti günə üçün də bir az qalmış olar. Mən daha sonra yemək üçün pizzadan artıq qalmağını xoşlayıram”. Bu elandan sonra “ender_x” adlı istifadəçi həmin gün mövzuya şərh yazaraq, 10.000 Bitcoinin iki böyük pizza üçün çox olduğunu düşündüyünü və pulsuz pizza əldə etmək yolunda ona uğurlar arzuladığını bildirmişdi. Beş gün sonra Hanyecz 22 may 2010-cu il tarixində, saat 19:17-də o, pizzalarının şəkli ilə öz postunu şərh etdi: "Mən sadəcə olaraq pizzaları 10.000 Bitcoinə aldığımı bildirmək istədim." Bununla da, Hanyeczbitcoin ilə satın alınan ilk fiziki məhsulu sənədləşdirdi. Hanyeczdən bu Bitcoinləri eyni forumda olan başqa bir İngilis istifadəçi 4 gün sonra görərək barter etmişdi.
Bu mübadiləni uğurlu hesab edən Hanyecz iki böyük pizza üçün 10.000 Bitcoin elanını “açıq təklif” olduğunu bildi. “Açıq təklif”dən sonra daha çox insan onun üçün pizza sifariş etməyə başlamasıyla Hanyeczin Bitcoinlərinin sayı sürətlə azalmağa başladı. 4 avqust 2010-cu ildə Hanyecz pizzaların pulunu ödəmək üçü
n kifayət qədər Bitcoin istehsal etməyə davam edə bilməyəcəyini əsas gətirərək təklifini ləğv etdi. Bununla da bu pizza macərası yekunlaşdı.
Bir neçə ay sonra 29 Noyabr 2010-cu ildə "ribuck" adlı başqa istifadəçi mövzuya "Bu dünyanın ilk milyon dollarlıq pizzası olacaqmı?" şərhini verdi. Onun bu şərh illər sonra reallığa çevrildi və 10 000 Bitcoin milyon dollar dəyərində sahib oldu.
Bütün bu olanlardan sonra o açıqlamasında bundan peşman olmadığını, o vaxt üçün bunun kifayət qədər həzzverici olduğunu və Bitcoin ilə ticarəti bir nəfərin başlatmalı olduğun bildirib. Florida ştatının Jacksonville şəhərindəki Papa John's-da satın almanın xatirəsinə “Papa John's. Məşhur Bitcoin Pizzalarının istehsalçıları. 22 may 2010-cu il.” yazılı lövhə də var. Həqiqətən də, Laszlo Hanyecz tarixdə Bitcoin ilə ticarət edən şəxsdir.