Amerikanın “Apple” korporasiyası yeni funksiyanı test edir, onun sayəsində istifadəçi bir xidmətə abunə olduqda, digər xidmətlər üçün endirimlər əldə edəcək. Burada təkcə “Apple”ın öz abunələri deyil, həm də şirkətin tərəfdaşlarının abunələri də nəzərə alınacaq.
Hazırda funksiya yalnız məhdud sayda istifadəçilər üçün əlçatandır, lakin yaxın gələcəkdə şirkət istifadəçilərin və proqram iştirakçılarının sayını artırmağı planlaşdırır. Abunəlikləri təkcə “App Store”da deyil, digər platformalarda da görmək mümkün olacaq.
Xatırladaq ki, daha əvvəl “Apple” iOS 17.2 əməliyyat sistemi üçün yeniləmə buraxıb və mövcud bir çox səhvləri aradan qaldırıb. Həmçinin yeniləmə iPhone 15 ilə bağlı problemləri həll edib.
©banker.az