İngiltərədə bir şəxs birbaşa Apple-ın rəsmi saytından sifariş verdiyi iPhone 15 Pro Max-ı alanda təəccüblənib. Ona göndərilən telefon iPhone-a oxşayan və orijinal modelindən çox ucuz satılan Android telefonu çıxıb. Həmin şəxs sosial media platformasında çatdırılmanı həyata keçirən şirkət olan DPD-dən Apple-dan çatdırılma ilə bağlı bütün təsdiq e-poçtlarını və izləmə təfərrüatlarını paylaşıb.
İstifadəçi telefonun qutusunu açanda görüb ki, telefonun üzərində ekran qoruyucusu və detallarda fərqlər var. Telefonun Apple cihazı olmadığını anlayan istifadəçi Apple ID-si ilə daxil olmayıb və hazırda Apple-dan cavab gözləyir. Birbaşa Apple-dan sifariş edilən iPhone-un saxta olması son dərəcə anormaldır.