Az | EN

Apple-dan iCloud xidməti ilə bağlı yenilik!

Səbinə Eyvazova
13 Sentyabr 2023 11:29
156 baxış
Apple-dan iCloud xidməti ilə bağlı yenilik!

Dünən keçirilən tədbirdə Apple-dan maraqlı bir təklif irəli sürülüb. Apple iCloud xidmətinə iki yeni yaddaş seçimi əlavə edib.

Apple Watch Series 9 və Apple Watch Ultra 2, eləcə də iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro və iPhone 15 Pro Max-ı təqdim edən Apple gözlənilmədən iCloud-la bağlı yenilikləri də bildiribş. "Wonderlust" tədbirində Apple iCloud-a əlavə edilən iki yeni yaddaş variantını elan edib. Belə ki, əlavə olaraq 6 TB və 12 TB iCloud yaddaşı təklif olunur.  

Bu yeni seçimlər peşəkar istifadəçiləri daha çox cəlb etmək məqsədi daşıyır. ABŞ-da 6 TB seçimi ayda 29,99 dollara, 12 TB seçimi isə ayda 59,99 dollara əldə ediləcək. 

© copyright 2022 | tech.az | info@tech.az