Az | EN

Apple-dən xəbərdarlıq! iPhone 15-dən istifadə edərkən rəngi dəyişə bilər

Səbinə Eyvazova
22 Sentyabr 2023 11:58
397 baxış
Apple-dən xəbərdarlıq! iPhone 15-dən istifadə edərkən rəngi dəyişə bilər

Apple iPhone 15 Pro seriyasının qobursuz istifadə edildikdə rəngini dəyişə biləcəyi barədə xəbərdarlıq edib. Şirkət bu rəng dəyişikliyinin səbəbinin istifadəçinin dərisindəki yağların telefonun titan çərçivəsi ilə təmas etməsi nəticəsində baş verə biləcəyini bildirib. Ancaq bu rəng dəyişikliyinin müvəqqəti olduğunu və təmiz bir parça ilə asanlıqla təmizlənə biləcəyini də qeyd edilib. 

Apple cihazın üzərindəki bu müvəqqəti rəng dəyişikliklərini və barmaq izlərini "yumşaq, azca nəm və tüksüz parça" ilə silməklə aradan qaldırmağın mümkün olduğunu bildirib. Ancaq Apple-ın bazarda baha qiymətə satılan “parıldatma parçası” bu baxımdan ən yaxşı həll yolu ola bilər.

Bundan əlavə bəzi tənqidçilərə görə bu qiymətə satılan telefonda barmaq izini saxlamaq kimi sadə problem olmamalıdır. Xüsusilə Android telefonlarında bu tip problem yaşanmasa da, Apple-ın bu problemə həll yolu çıxarması gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az