Apple-ın 2023-cü ildə WWDC konfransında ilk Artırılmış Reallıq (AR) / Virtual Reallıq (VR) eynəklərini elan etməsi gözlənilir və analitiklər artıq potensial gəlirin miqdarını qiymətləndirməyə başlayıblar.
İlkin proqnozlar eynəklərin böyük uğur qazanacağını göstərib. Əslində, Gene Munster adlı analitik hesab edir ki, AR eynəkləri 2030-cu ilə qədər Apple-ın biznesinə təxminən 10 faiz töhfə verə bilər.
"2030-cu ilə qədər taxılan AR/VR eynək seqmentinin Apple-ın satışlarının 10%-ni təşkil edəcəyinə inanıram " deyə Munster qeyd edib.
Təbii ki, AR eynəklərinin bu uğur səviyyəsinə çatması üçün müəyyən vaxt lazımdır. Analitik hesab edir ki, eynəklərin ilk ildə 3 milyard dollar gəlir gətirəcək. Bununla belə, o, AR eynəklərin bazarının yaxın illərdə sürətlə inkişaf edəcəyinə inanır və Apple bu bazarda yaxşı mövqedə olacaq.
Nəhayət, Munster bildirib ki, Apple 2030-cu ilə qədər bu sənayedən təxminən 39,43 milyard dollar gəlir əldə edəcək.