Apple 2020-ci ildə təqdim etdiyi iPhone Mini seriyasını dayandırmaq qərarına gəlib. Bildiyimiz kimi, Mini modeli iPhone 14-ə daxil edilməmişdi və iPhone 15 seriyasına da daxil edilməyəcək. Məşhur Apple analitiki Mark Qurman bildirir ki, iPhone 13 Mini ehtiyatları azalıb və Apple bu modelin istehsalını tamamilə dayandırmağı düşünür. Araşdırmalar göstərir ki, iPhone Mini digər modellərdən daha aşağı satış rəqəmlərinə malikdir. Kiçik ölçülü iPhone istəyən istifadəçilər hələlik yalnız iPhone SE-yə yönləndirilir, lakin yaxın zamanlarda bu modelin ekran ölçüsünün artırılacağı bildirilir.
Əgər iPhone 13 mini almaq istəyirsinizsə, indi almaq mümkündür. Çünki çox güman ki, Apple 12 sentyabrda keçirəcəyi tədbirdə iPhone 15 seriyasını təqdim etdikdən sonra mini seriyasının istehsalını dayandıracaq.