Az | EN

Apple Watch seriyasınının dizaynı dəyişdiriləcək

Nail Valiyev
15 Avqust 2023 14:29
180 baxış
Apple Watch seriyasınının dizaynı dəyişdiriləcək

Apple Watch seriyasında böyük dizayn dəyişiklik edilməsi planlaşdırılır. Daha əvvəlki məlumatlara əsasən şirkətin 2026-cı ildə MicroLED displeyli Apple Watch Ultra modelini təqdim edəcəyi deyilirdi.

Mark Qurmanın məlumatına görə Apple 2024 və ya 2025-ci ildə Apple Watch X adlı yeni dizaynı təqdim edə bilər. 2025-ci il Apple Watch-un 2015-ci ildə istifadəyə verilməsinin 10-cu ildönümüdür, ona görə də bu tarix əhəmiyyətli hesab olunur. Qurmanın sözlərinə görə Apple Watch dizayn dəyişikliyi ilə daha incə dizayna sahib olacaq. Apple Watch-un qayış sistemi də dəyişəcək dizayn komponentləri arasındadır və bu modellərin qayışları maqnit qoşulma sistemindən istifadə edəcək. Bu həmçinin Apple-a batareya tutumunu artırmağa imkan verəcək.

Onu da əlavə edək ki, maqnit qoşulma sistemi hazırda istifadə edilən Apple Watch qayışları ilə işləməyəcək. Bundan əlavə, yeni Apple Watch modellərinin mikro LED displey paneli ilə gəlməsi gözlənilir və bu modellər 2025 və ya 2026-cı illərdə təqdim oluna bilər. Apple-ın bu ilin sentyabr ayında yeni məhsullarını təqdim edəcəyi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az